Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

«Sifarişli qətllərin üstünü açmaq çox çətindir»


«Əbu-Bəkr» məscidindəki partlayışdan sonra polis işçiləri daha ayıq-sayıq olmağa başlayıblar»

«Əbu-Bəkr» məscidindəki partlayışdan sonra polis işçiləri daha ayıq-sayıq olmağa başlayıblar»

«Vətəndaşın mədəniyyəti nə qədərdirsə, polisin də mədəniyyəti o qədərdir». Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Arif «Can Bakı»ya polisin əhali ilə davranışının pis olması ilə bağlı iradlara münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Bakı indi dünyanın ən sakit şəhərlərindən biridir:
«Əbu-Bəkr» məscidindəki partlayışdan sonra polis işçiləri daha ayıq-sayıq olmağa başlayıblar. Əvvəllər gündə 18 saat işləyirdilərsə, indi 20 saat işləyirlər».
Qalib Arif deyir ki, Bakıda ən çox açılan cinayətlər qətllərdir. Belə ki, qətllərin 88-90 faizinin üstü açılır:
«Lakin sifarişli qətllərin üstünü açmaq çox çətindir. Bu, tək bizdən asılı deyil. Bunu özünüz də çox gözəl bilirsiniz».
«Polisə Dəstək» İctimai Birliyinin sədri Şəmsəddin Əliyev isə deyir ki, nədənsə indi ictimaiyyətdə polis deyəndə yalnız post-patrul xidmətinin əli dəyənəkli işçiləri nəzərdə canlanır:
«Lakin polis elitası var ki, heç kim onlar barədə danışmaq istəmir».
Şəmsəddin Əliyev onu da deyir ki, polisin işi qüsurlardan xali deyil. Bəzən hansısa cinayətləri qeydiyyata saldırmaq mümkün olmur. O, buna misal kimi xırda oğurluq hallarını göstərir.

Buna da bax:

XS
SM
MD
LG