Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

Polis dindarları məscidə buraxmır</a> <img src="/img/icon-video.gif" border=0 />


Polis açıqlama vermir

Polis açıqlama vermir

Avqustun 29-da polis İçərişəhərdə «Ləzgi» məscidi kimi tanınan «Aşurbəy» məscidində ibadət etmək istəyən dindarları geri qaytarıb. Deyib ki, məsciddə yer yoxdur. Geri qaytarılanlar «Əbu Bəkr» məscidinin dindarlarıdır.

Dindarlar «Azadlıq» radiosuna deyiblər ki, məsciddə yer olsa da, polis onları qəsdən içəri buraxmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məsəlini şərh etməyib.

«Aşurbəy» məscidi
Məscidə gedən yolları bağlayan polis əməkdaşları isə bildiriblər ki, bunu dindarların təhlükəsizliyi, onların məsciddən kənarda, küçədə namaz qılmalarının qarşısını almaq üçün edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə «Azadıq» radiosuna deyib ki, bir neçə gün əvvəl dindarlara xəbərdarlıq ediblər ki, cümə namazını məscidin içərisində qılsınlar. «Əbu Bəkr»də baş verən hadisədən sonra həmin məscidin də dindarları «Aşurbəy» məscidinə gəldiyindən hər cümə bu məscidin qarşısından keçən yol dindarlarla dolu olur. Hadisə yerindəki polislər «Azadlıq» radiosuna deyiblər ki, bu, ətrafdakıların hüquqlarını pozur.

Avqustun 17-də «Əbu Bəkr» məscidinə qumbara tullayıblar. Rəsmi məlumata görə, iki nəfər həlak olub, 19 nəfərsə yaralanıb.

Bir neçə gündür ki, «Əbu Bəkr» məscidinin dindarları ayrı-ayrı polis bölmələrinə çağırılaraq zorla saqqallarının qırxıldığını iddia edirlər. Amma Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu məlumatı təkzib edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG