Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:32

«Seçkipulu yığımı başladı»


Vergi orqanlarının əməkdaşları özəl obyekt sahiblərindən YAP namizədinin seçki kampaniyasını maliyyələşdirmək üçün pul yığmağa başlayıblar

Vergi orqanlarının əməkdaşları özəl obyekt sahiblərindən YAP namizədinin seçki kampaniyasını maliyyələşdirmək üçün pul yığmağa başlayıblar

«Seçkipulu yığımı başladı». «Azadlıq» qəzeti yazır ki, vergi orqanlarının əməkdaşları özəl obyekt sahiblərindən YAP namizədinin seçki kampaniyasını maliyyələşdirmək üçün pul yığmağa başlayıblar. Onlar göstərişin yuxarıdan gəldiyini deyir və aybaay aldıqları qeyri-rəsmi ödənişləri öncədən tələb edirlər.
«Azadlıq» qəzeti iddia edir ki, bunun müqabilində bir il müddətində onlardan qeyri-rəsmi ödəniş almayacaqlarına təminat verirlər. Qəzetə məlumat verən iş adamı deyib ki, qeyri-rəsmi ödənişi verməyə gücü çatmayan sahibkarlar sanksiyalarla, adlarının hakimiyyətin qara siyahısına düşəcəyi ilə qorxudulur. Mənbə bildirir ki, birmənalı şəkildə qeyri-rəsmi ödənişdən boyun qaçıranlar vergi əməkdaşlarının şantajına məruz qalırlar. Vergi xidmətinin əməkdaşları onları müxalifəti maliyyələşdirməkdə, dövlətçiliyə qarşı çıxmaqda, bəzən hətta bir qədər irəli gedib xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edirlər.
«Xalq səsvermə gününü gözləyir». «Yeni Azərbaycan» qəzeti belə yazır. YAP Siyasi Şurasının üzvü, deputat Məlahət Həsənova qəzetə deyib ki, seçkini normal keçirmək üçün bütün şərait mövcuddur: «Əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Bu, xalqın prezident İlham Əliyevə inamından irəli gəlir. Partiyamızın hər bir üzvü səbrsizliklə seçki gününü gözləyir».
Məlahət Həsənova bildirir ki, «seçkinin demokratikliyinə kölgə salmaq istəyən müxalifət özü kölgədə qalıb».
«Bakıda «tikinti köçkünləri» də peyda oldu». «Yeni Müsavat» qəzeti yazır ki, Bakı şəhərində yolların təmiri və genişləndirilməsi ilə bağlı aparılan nizamsız iş əhali arasında ciddi narazılıq yaradıb. Son aylar Heydər Əliyev prospekti, Dərnəgül şossesi və aeroport yolunda aparılan qazıntı və tikinti işləri sürücülərin və sərnişinlərin əsəblərini tarıma çəkib. Hətta iş o yerə çatıb ki, Sabunçu dairəsində yaşayan əhali toz-torpaq əlindən evlərini tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG