Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

«Əgər Hollandiyada 3 jurnalist həbsdə olsaydı…»


Avropa Şurasının media eksperti Pol Xrempa

Avropa Şurasının media eksperti Pol Xrempa

«Əgər Hollandiyada 3 jurnalist həbsdə olsaydı, bu, yerli hökumət üçün böyük bir problem olardı». Hollandiyalı jurnalist, Avropa Şurasının media eksperti Pol Xrempa «Can Bakı»ya belə deyir. O bildirir ki, Hollandiyada media azadlığı çoxdan mövcuddur:

«Bu, normal bir haldır. Azərbaycanda isə jurnalistlər hələ də media azadlığı uğrunda mübarizə aparırlar. Bu mübarizəyə hörmətlə yanaşmaq lazımdır».

Hollandiyalı jurnalist deyir ki, media ilk növbədə faktları və həqiqəti araşdırmalıdır. Siyasətçilərlə şəxsi münasibət qurmaq, hətta onları ad günlərinə dəvət etmək düzgün olmazdı:

«Mənim Azərbaycanda müşahidə etdiyim və anlamadığım bir məqam var: Nəyə görə media hökumət partiyasına bu cür böyük diqqət yetirir?».

Ekspert onu da söyləyir ki, hazırda bütün dünyada əyləncə xəbərçiliyinə maraq üstünlük təşkil edir. Bu da xəbər jurnalistlərini çox narahat edir.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, seçki necə gedirsə, jurnalistlər də onu elə o cür işıqlandırırlar:

«Namizədlər arasında ciddi siyasi rəqib görünmür. Təşviqat başlanmayıb. Televiziyada namizədlərin hamısının iştirakı ilə debatların keçirilməsi qeyri-mümkündür. Hakim partiyanın namizədi rəqibləri ilə birgə efirə çıxmağı özünə sığışdırmır. Bu isə onun seçicilərinə hörmətsizlikdir».

A.Əliyev deyir ki, jurnalistlər olanları təsvir edirlər:

«Ortada heç bir namizədin platforması yoxdur. Heç nə baş vermir. Jurnalistlər barmaqlarını sorub özlərindən seçki xəbəri düzəltməyəcəklər ki? Budur da bizim seçki».

Buna da bax:

XS
SM
MD
LG