Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21
«Əli bəylə son dövrdə ünsiyyətimiz yoxdur. Amma bu, o demək deyil ki, gələcəkdə də ünsiyyətimiz olmayacaq». Prezidentliyə iddialı, AXCP-nin keçmiş üzvü Qulamhüseyn Əlibəyli «Seçki qatarı»na belə deyir. Onun sözlərinə görə, siyasi mövqeyini dəyişməsi şəxsi düşmənçiliyə gətirib çıxara bilməz.

Q.Əlibəyli bildirir ki, ondan namizəd olmaq istəyinin səbəbinin soruşulmasını anlamır:

«Bu, mənim hüququmdur. Bu hüququ həyata keçirmək imkanım var».

Onun sözlərinə görə, 20 il sırasında, 18 il də rəhbərliyində təmsil olunduğu partiyanı tərk etmək o qədər də asan başa gələn və bir günün məsələsi olmayıb:

«Əgər «Azadlıq» bloku, Müsavat Partiyası seçkiyə qatılsaydı, yəqin ki, mən AXCP-ni tərk edib namizədliyimi vermək haqqında düşünməzdim. Hesab edirəm ki, seçki prosesinə qatılmaq lazımdır. Siyasətlə məşğul olan şəxsin seçkidən imtina etməsi düzgün deyil. Müəyyən hallarda bundan istifadə etmək olar, amma bunu daimi istiqamət kimi seçmək düzgün deyil».

Qulamhüseyn Əlibəyli deyir ki, qanuna əsasən namizədin öz xeyrinə imzanı pulla alması mümkündür. Lakin hələlik onun özü bu yola əl atmayıb:

«Ağlamıram, imkanım var. Amma bəzi politoloqların dediyi kimi, seçkidə qalib çıxmaq üçün vacib olan 6-8 milyon manatım yoxdur. Bəzi iş adamları mənə müraciət ediblər və seçki fonduma pul köçürməyə hazırlaşırlar».

Q.Əlibəyli bildirir ki, nə vaxtsa namizədliyini geri götürsə, bunu heç kimin xeyrinə etməyəcək.

O, düşünür ki, jurnalistlərə təzyiqlərin davam etməsinin əsas səbəbi media mənsublarına qarşı cinayət hadisələrinin üstünün açılmamasıdır:

«Bu, o demək deyil ki, Azərbaycanda peşəkar hüquq-mühafizə orqanı işçiləri yoxdur. Var, sadəcə onlar bu hadisələrin üstünü açmaqda maraqlı deyillər».

Buna da bax:

XS
SM
MD
LG