Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:45

Polis bölməsində dəlləkxana


Avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub

Avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub

Polis bölməsində dəlləkxana…Kimin ağlına gəlməsə də, Bakıda 10 sm uzunluğunda saqqalı olanlar bunun şahidi olduğunu deyirlər.

«Əbu Bəkr» məscidinə ibadətə gedənlər deyirlər ki, onların saqqalını müxtəlif polis bölmələrinin əməkdaşları qırxıblar. Özü də bunu etmək üçün dindarları şəxsən yaşadıqları ünvanların sahə müvəkkilləri bölməyə dəvət ediblər. Bölməyə daxil olanda isə...

- Xüsusi dəllək gətiriblər, aparatla, «stanok»la. Qırxırlar, buraxırlar…

- Biz şöbəyə daxil olduq, sənədlərimizi aldılar. İçəridə gördük ki, qardaşların saqqallarını qırxırlar. Bizim də əvvəlcə saqqalı, daha sonra isə qırxılmış şəkildə şəkillərimizi çəkdilər. Dedilər ki, sizin saqqalınız mütləq qırxılmalıdır. Soruşduq ki, səbəb nədir, müsəlmanlara niyə bu dərəcədə təzyiq göstərirsiniz? Cavab verdilər ki, bəs əmr almışıq. Əmrin kim tərəfindən verildiyi deyilmədi.

Dindarlar bildirirlər ki, saqqalının qırxılmasına etiraz edənləri təhqir ediblər:

– Kim ki, etiraz edirdi, qollarını burub güclə otuzdururdular, 10-15 nəfər də ora yığışır, təhqiramiz sözlər deyir, söyüş söyürdülər.

- Deyəndə ki, mən vəkil istəyirəm, hüququmu təmin edin, deyirdilər ki, bunun bizə dəxli yoxdur.

Bakıda bizneslə məşğul olan Əfqanıstan vətəndaşının da saqqalı başına bəla olub. Deyir ki, küçədə getdiyi yerdə polis onu bölməyə aparıb və uzun müddətdi qulluq etdiyi saqqalını təraş edib.

Dindarların dediyinə görə, avqustun 26-da təxminən 20-yə yaxın dindar saqqalıyla vidalaşmalı olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Gündüz İsmayılov isə bu məsələdən məlumatsız olduğunu deyir:

«Tam səmimi deyirəm, birinci dəfədir sizdən eşidirəm. Əgər belə bir fakt varsa, bizə də müraciət edə bilərlər. Tamamilə yolverilməz haldır».

Oxşar cavab Daxili İşlər Nazirliyindən və Respublika Prokurorluğundan da bildirildi.

Azərbaycan hökuməti dəfələrlə ölkədə dini tolerantlığın yüksək olduğunu bəyan edib. Dindarlarsa müxtəlif səbəblərdən saqqal uzadanlara saqqallarından muğayat olmağı məsləhət görürlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG