Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:30

«Keşləlilər aksiyaya hazırlaşır»


Ötən ay Keşlə qəsəbəsində kanalizasiya boruları sıradan çıxmış, evlər çirkab su altında qalmışdır
Ötən ay Keşlə qəsəbəsində kanalizasiya boruları sıradan çıxmış, evlər çirkab su altında qalmışdır
«Keşləlilər aksiyaya hazırlaşır». «Bizim yol» qəzeti belə yazır. Ötən ay Keşlə qəsəbəsində kanalizasiya borularının sıradan çıxaraq evləri çirkab su altında qoymasını xatırladan qəzet yazır ki, keşləliləri hamı unudub: «Bu unutqanlıq isə 500-dən çox keşləliyə baha başa gəlir. Sakinlər arasında müəyyən infeksion xəstəliklər yayılıb. Hansı qapını açırsan adamın üzünə bir xarabalıq baxır. Elə bir Gürcüstan-Rusiya münaqişəsi Keşlədə olub. Həyətlər dəmir-taxta qırıntıları ilə doludur. Kiminin imkanı var evində təmir işi aparır, kiminin yoxdur, qolunu sinəsində çarpazlayıb Allahdan kərəm gözləyir».
«Bizim yol» yazır ki, qəzadan əziyyət çəkmiş 52 evə dövlətin yardımı olmayıb, hökumət öz işini çirkab suları çəkməklə bitirib. Sakinlər müxbirə deyiblər ki, belə getsə, onlar yolları bağlayıb aksiya keçirəcəklər.
«Yeni Müsavat» qəzeti yazır ki, «Əbu Bəkr dini icmasının ləğvinə hazırlıq gedir». Qəzet bildirir ki, avqustun 17-də «Əbu Bəkr» məscidində baş vermiş partlayışdan sonra məscidin fəaliyyəti dayandırılıb. Rəsmi qurumlar istintaq tədbirləri bitəndən sonra məscidin açılacağını bildirib. Lakin bir sıra mətbu orqanlar sözügedən dini icmanın rəsmi qeydiyyatının ləğv ediləcəyi və məscidin fəaliyyətinin tam dayandırılacağı xəbərini yayıb. «Yeni Müsavat» yazır ki, hakimiyyətdəki bəzi çevrələr bu dini icmanın Azərbaycanda yasaqlanmasına çalışırlar.
«Yeni Azərbaycan» qəzeti isə yazır ki, məktəblər vahid İnternet şəbəkəsinə qoşulacaq: «Ölkə prezidenti İlham Əliyev «2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»nı təsdiqləyib. Yeni tədris ilindən bu proqram çərçivəsində Bakı şəhərinin ümumtəhsil məktəblərinin vahid İnternet şəbəkəsinə qoşulması da planlaşdırılıb. Bakı Şəhər Təhsil İdarəsindən aldığımız məlumata görə, layihənin dərs ili boyunca həyata keçirilməsi nəzərdə tutulub».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG