Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Dünyanın ən yaxşı futbolçusu özbək klubuna keçdi


Braziliyanın futbol ulduzu Rivaldo Özbəkistanın «Kuruvçi» klubuna keçib. Müqavilənin müddəti bir ildir.

Rivaldo bundan əvvəl Yunanıstanın «AEK» klubunda top qovurdu. Onun yunan klubu ilə müqaviləsi bitmədiyindən, «AEK»in 500 min avro məbləğində kompensasiya alacağı ehtimal edilir.

36 yaşlı Rivaldo 1999-cu ildə «Dünyanın ən taxşı futbolçusu» adını qazanıb.

«Kuruvçi» ilk dəfə deyil ki, dünya futbol ictimaiyyətinin diqqətini özünü cəlb edir. Bundan əvvəl Özbəkistan klubu «Barselona»nın forvardı Samuel Eto'onu 40 milyon avro müqabilində transfer etməyə cəhd göstərmişdi.
XS
SM
MD
LG