Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

«Avropa Məhkəməsinə yol açıldı»


Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub
Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub
Avqustun 26-da Ali Məhkəmə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid barədə 4 il azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb. Məlumatı «Media forum»a «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov verib.
Onun sözlərinə görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçən prosesə adamları buraxmayıblar: «Uzun mübahisədən və hakimin müdaxiləsindən sonra ATƏT müşahidəçilərini və Qənimət bəyin həyat yoldaşı Ayəndə Mürsəliyevanı zala buraxdılar. Proses 10 dəqiqə çəkdi və qərar elan olundu».
Qərarın gözlənilən olduğunu deyən A.Əhmədov Azərbaycanda müstəqil məhkəmə olmadığını vurğulayıb: «İstər rayon məhkəmələri, istər yuxarı instansiya məhkəmələri yalnız və yalnız yuxarıdan gələn sifariş əsasında hökm çıxarırlar. Kassasiya şikayəti verməklə nə Qənimət bəy, nə biz, nə də onun vəkilləri ədalətin təmin olunacağını gözləyirdik. Sadəcə, Avropa İnsan Haqları Məhkəməsinə yol açırdıq. Yol açıldı».
Ötən il noyabrın 7-də «Azadlıq» qəzeti redaksiyasının yerləşdiyi «Azərbaycan» nəşriyyatının binası qarşısında Sevgiladə Quliyeva və Vüsal Həsənov adlı iki nəfərlə Qənimət Zahid arasında mübahisə yaranıb və dava düşüb. Həmin gün Yasamal Rayon Polis İdarəsinə müraciət edən Vüsal Həsənov məhkəmə-tibb ekspertizasından keçib və ona kəllə-beyin travması aldığı barədə rəy verilib. Noyabrın 11-də Qənimət Zahid Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə həbs olunub. Vüsal Həsənov da eyni ittihamla həbsə alınıb.

Qənimət Zahid Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il, Vüsal Həsənov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Apellyasiya instansiyası bu hökmləri qüvvədə saxlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG