Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:51

Minumum əməkhaqqı və əmək pensiyasının baza hissəsi artırıldı


Minimum aylıq əməkhaqqının məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilib. Bu haqda prezident İlham Əliyevin avqustun 25-də imzaladığı sərəncamda deyilir.
Ölkə başçısının başqa bir sərəncamı ilə isə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilir.
Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin yenidən hesablanmasını təmin etsin.
XS
SM
MD
LG