Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

Parlament Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini dəstəklədi


Separatçı Cənubi Osetiyanın prezidenti Eduard Kokoytı və Abxaziya prezidenti Sergey Baqapş Federasiya Şurasının qərarını alqışlayırlar, Moskva, 25 avqust 2008

Separatçı Cənubi Osetiyanın prezidenti Eduard Kokoytı və Abxaziya prezidenti Sergey Baqapş Federasiya Şurasının qərarını alqışlayırlar, Moskva, 25 avqust 2008

Avqustun 25-də Rusiya Dövlət Duması ölkə prezidentinə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq və bu respublikaların rəhbərliyi ilə danışıqlar aparmaq xahişi ilə Dmitri Medvedevə müraciət edib.

«Cənubi Osetiya respublikası və Abxaziya respublikasının tanınmasının zəruriliyi haqqında» müraciətin qəbulunun lehinə 447 deputat səs verib.

Əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Bundan əvvəl Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası da Abxaziya və Cənubi Osetiyanın tanınması xahişi ilə D.Medvedevə müraciət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG