Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:47

Hadi Saei medalını Azərbaycan xalqına bağışladı


Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir

Hadi Saei İran Azərbaycanının Bostan Abad şəhərindəndir

Hadi Saei Pekin olimpiadasında qazandığı qızıl medalı Azərbaycan xalqına təklif etdi.
Hadi Saei Azərbaycan xalqına müraciətində bu iftixarı və qazandığı medalı İran və Azərbaycan xalqına və doğulduğu Bostan Abada təklif etdiyini deyib.
Hadi Saei: «Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın bayrağını qaldırdığım üçün çox sevinirəm. İsti və səmimi salamlarımı şanlı Azərbaycan xalqı və doğulduğum Bostan Abad və Qara Kohulə çatdırıram. Ümid edirəm ki, bu qiymətsiz hədiyyəni məndən qəbul edərlər».
Hadi Saei qazandığı medallarla İranın olimpiya tarixinə düşüb. O, İran Azərbaycanının Bostan Abad şəhərindəndir.
Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü ilAfina olimpiadasında qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb. İran prezidenti Əhmədinejad, ölkə parlamenti, İranın keçmiş dövlət başçısı Xatəmi və başqaları Hadi Saeni təbrik ediblər.
Bu arada Tehran bələdiyyəsinin sözçüsü Xosro Danişçu Tehran küçələrinin birinə Hadi Saeinin adının verilməsi barədə qərar qəbul edildiyini bildirib.
Hadi Saeinin bacısı Məhrvərz Saei də taekvandoçudur. O, 2006-cı ildə Qətərdə keçirilən Asiya oyunlarında burünc medal qazanıb.
Pekin olimpiadasında Azərbaycanı təmsil edən yeganə taekvandoçu Rəşad Əhmədov (80 kq.) yarımfinalda məhz Hadi Saeiyə uduzmuşdu.

Şərhləri göstər

XS
SM
MD
LG