Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

ABŞ-ın hərbi gəmisi Batumi limanına yan alıb


Gürcüstana daha iki Amerika gəmisinin də yan alacağı gözlənilir

Gürcüstana daha iki Amerika gəmisinin də yan alacağı gözlənilir

Gürcüstana humanitar yardım aparan Amerikanın ilk hərbi gəmisi avqustun 24-də Batumi limanına yan alıb.
Şərhçılər hesab edirlər ki, bu, Birləşmiş Ştatların Gürcüstana ciddi dəstəyindən xəbər verir.
Bundan başqa, Gürcüstana daha iki Amerika gəmisinin də yan alacağı gözlənilir.
Rusiya qüvvələri Gürcüstanın içərilərindən geri çəkilsə də, Batuminin 80 kilometrliyində yerləşən Poti limanı hələ də onların nəzarətindədir.
Rusiya ordusu bildirib ki, Poti təhlükəsizlik zonasına aid olmasa da, bu ərazini nəzarətdə saxlayacaq.
Fransayla Birləşmiş Ştatlar Rusiyanı Potidən çıxmağa, atəşkəslə bağlı öhdəlikləri tam yerinə yetirməyə çağırıblar.
Bu arada Gürcüstan rəsmiləri yanacaq daşıyan qatarın Qori yaxınlığında minaya düşərək partladığını xəbər veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG