Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

Prezidentliyə iddiaçıların sayı 18-ə çatdı


MSK-nın binası
MSK-nın binası
Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 23-də keçirilən iclasında prezidentliyə iddialı daha iki nəfərin namizədliyi təsdiq olunub.

Komissiya üzvləri yekdillikdə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlunun və bitərəf Fikrət Əhədovun namizədliyini təsdiqləyiblər. / Trend /

Beləliklə, prezidentliyə iddiaçıların sayı 18-ə çatıb.

1. İlham Əliyev (Yeni Azərbaycan Partiyası)
2. İqbal Ağazadə (Ümid Partiyası)
3. Yaşar Əhmədov (işsiz)
4. Əlimuxtar Əkbərov (təqaüdçü)
5. Sevinc Quliyeva (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar)
6. Vüqar Seyidov (həkim)
7. Hafiz Hacıyev (Müasir Müsavat Partiyası)
8. Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)
9. Fuad Əliyev (Liberal-Demokrat Partiyası)
10. Mais Güləliyev (Yaşıllar Partiyası)
11. Qüdrət İsaqov (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi)
12. Teymur Quliyev («Mədəniyyət» qəzetinin məsləhətçisi)
13. Süleyman Quliyev («Ekspertiza» qəzetinin baş redaktoru)
14. Qulamhüseyn Əlibəyli (AXCP Ali Məclisinin keçmiş sədri)
15. Arif Əliyev (işsiz)
16. Əli İsa Ağaevli (sufi şair)
17. Fazil Qəzənfəroğlu (Böyük Quruluş Partiyası)
18. Fikrət Əhədov (bitərəf)

Onlar arasından indiyə qədər yalnız YAP İ. Əliyevin qeydiyyatı üçün tələb olunan ən azı 40 min imzanı toplayaraq, MSK-ya təqdim edib. MSK-nın avqustun 16-da keçirilən iclasında İ. Əliyevin namizədliyi qeydə alınıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG