Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Rusiya qoşunlarını çıxardığını deyir. ABŞ inanmır


Gürcüstan: Rusiya hərbçiləri Senaki və Poti şəhərlərində qalır

Gürcüstan: Rusiya hərbçiləri Senaki və Poti şəhərlərində qalır

Rusiya Gürcüstandan qoşunlarını tam çıxardığını bəyan edir. Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov avqustun 22-də bununla bağlı prezident Dmitri Medvedevə məruzə edib.

Bundan əvvəl Serdyukov demişdi ki, Gürcüstanda yalnız Rusiya sülhməramlıları qalacaq və onlar münaqişə rayonuna bitişik kiçik təhlükəsizlik zonalarında blokpostlarda yerləşəcəklər. Gürcüstan belə zonaların yaradılmasına etirazını bildirib.

Eyni zamanda, Pentaqonun nümayəndəsi Brayan Uitman deyib ki, ABŞ-da Rusiya qoşunlarının Gürcüstan ərazisini tam tərk etmələri haqda dəqiq sübutlar yoxdur.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili Rusiya hərbçilərinin ölkənin qərbindəki Senaki və Poti şəhərlərində qaldıqlarını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG