Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35
Mərkəzi Seçki Komissiyası (MSK) artıq 16 nəfər prezidentliyə iddialının namizədliyini qeydə alıb. Bəs prezidentliyə iddialıların imza toplanması kampaniyası necə keçir? Prezidentliyə iddialı şəxslər namizədliklərinin qeydə alınması üçün 60 dairədən 40 min imzanı necə yığırlar?

Prezidentliyə iddialı Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, imza toplama ilə məşğul olan 90 nəfər partiya nümayəndəsi xeyli problemlərlə üzləşib. Bəzi nümayəndələri qapıdan qovublar, hətta bir partiya təmsilçisini itələyib pilləkənə yıxıblar. Amma bütün çətinliklərə baxmayaraq 90 nəfər nümayəndə 40 min imzanın öhdəsindən gəlib.

Ancaq paytaxtda fikirlərini öyrəndiyim adamlar hansısa namizədə imza toplayana rast gəlmədiklərini bildirdilər.

Heç namizədliyini irəli sürənlər özləri də indiyə qədər imza toplayanlara rast gəlməyiblər. Mediada belə fikirlər səsləndirilir ki, namizədlər üçün imzaları Mənzil İstismar sahələri və poçtlar yığır.

Yaşıllar Partiyasının sədri Mais Güləliyev isə deyir ki, o, öz imza toplama işini ədalətlə həyata keçirib, digər namizədlər barədə isə danışmaq istəmir. Amma Güləliyev inanır ki, neqativ hallarla bağlı cəmiyyətdə formalaşan fikir əsasız deyil.

Seçkini boykot edən və ya seçkidə iştirakdan imtina edən siyasi qurumlar da namizədlərin necə imza toplamasından xəbərsizdilər. AXCP sədri Əli Kərimli deyir ki, onlar bu prosesi izləmirlər:

«Ölkə başçısından başqa kimsə seçkiyə qoşulubmu ki, hansısa ciddi bir seçki həyacanı yaşansın».

Seçkidə iştirakdan imtina edən Müsavat Partiyası da imza toplamanın normal getmədiyini bildirir. Partiya başqanı İsa Qəmbər indiyə qədər imza toplayanlara rast gəlmədiyini deyir.

Amma buna baxmayaraq seçkidə iştirak etməyən müxalifət partiyaları beynəlxalq qurumlara təqdim etmək üçün ciddi bir sənəd hazırlayacaqlarını deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG