Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:09

Hərbi texnika və silahlı əsgərlər Praqanın mərkəzində


İndi tankın üstündə dayanan əsgər şəkil çəkdirmək istəyən Praqa sakinlərinə hətta öz avtomatını da verir. 40 il əvvəl isə Praqa küçələrində adamlar əsgərlərlə şəkil çəkdirmək yox, onların bura niyə gəldiklərini bilmək istəyirdilər
İndi tankın üstündə dayanan əsgər şəkil çəkdirmək istəyən Praqa sakinlərinə hətta öz avtomatını da verir. 40 il əvvəl isə Praqa küçələrində adamlar əsgərlərlə şəkil çəkdirmək yox, onların bura niyə gəldiklərini bilmək istəyirdilər
İndi Praqanın mərkəzində - Milli Muzeyin qarşısında 1968-ci ilin ovqatını yaratmağa çalışıblar. Meydanda iri bir sovet tankı qoyulub, üzərində də sovet əsgəri geyimində aktyorlar…Muzeyin içərisindən verilən atışma səsləri, divarlarda o dövrün azadlıq şüarları və s.
Təşkilatçılar hər şeyin 40 il əvvəl sovet ordusunun Praqaya hücumundakı vəziyyətə uyğun olmasına çalışıblar. Bircə, əsgərlərin indiki davranışları çətin ki, o zamanın sovet əsgərinin davranışına bənzəyə. İndi tankın üstündə dayanan əsgər şəkil çəkdirmək istəyən Praqa sakinlərinə hətta öz avtomatını da verir. 40 il əvvəl isə Praqa küçələrində adamlar əsgərlərlə şəkil çəkdirmək yox, onların bura niyə gəldiklərini bilmək istəyirdilər.
Özü də bir sosialist ölkəsi olan Çexoslovakiyada sovet tankları nə gəzirdilər? Tarixçilər deyirlər ki, o zaman Çexoslovakiya Sosialist Respublikasına rəhbərlik edən Dubçekin islahatları SSRİ rəhbərliyini qəzəbləndirmişdi. Dubçek simalı sosializm siyasəti apardığını deyib, ölkədə geniş demokratik islahatlara başlamışdı. Bunu sovet ideologiyasına zidd addım hesab edən SSRİ rəhbərliyi isə 1968-cı il avqustun 21-də islahatların qarşısını tanklarla almaq qərarına gəldi. Bu barədə o zamankı Çexoslovakiya radiosu xəbər yaydı. Amma az keçməmiş, əsgərlər bu radionun da səsini kəsdilər.
Çexiya rəsmiləri avqustun 21-i paytaxt Praqaya sovet tankı çıxarmaqla adamlara 40 il əvvəl ölkələrinə müdaxilənin necə baş verdiyini xatırlatmaq istəyirdilər. Amma oraya Gürcüstan bayraqları ilə gələn bir dəstə adam tamaşaçılara həm də Rusiyanın Gürcüstana hərbi müdaxiləsini xatırlatdılar.
Çexiyanın Baş naziri Mirek Topolanek deyir ki, əslində indiki Rusiya Federasiyası elə əvvəlki Sovet İttifaqıdır. Amma indi Moskva imperializm siyasəti aparmır, sadəcə dünyaya güclü olduğunu göstərmək istəyir:
«Gürcüstanın üzləşdiyi indiki vəziyyətə gəldikdə, bu, Rusiya Federasiyası adı ilə elə həmin ölkədir. Biz düşünürük ki, əslində Rusiyanın indiki hərəkətləri onun yeni imperializm siyasətinin deyil, supergüc olmaq həvəsinin nəticəsidir».
Gürcüstana girən Rusiya tankları kimi Praqanın mərkəzində qərarlaşan sovet tankı da hələ bir müddət burda qalacaq.
Praqa rəsmiləri bildirirlər ki, 40 il əvvəl Sovet İttifaqının Praqaya necə girdiyini şəhərin qonaqlarına və bu hadisədən xəbəri olmayan öz vətəndaşlarına hələ sentyabrın sonuna qədər nümayiş etdirəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG