Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:55

«Daxili münaqişə vəhşicəsinə həll olunmur»


«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk»
«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk»
«Yaralarım yaxşılaşır. Sol tərəfdən ayaq hissəmdən çiynimədək qəlpələr idi. İndi evdəyəm. Həkimə gedirəm, sarğını dəyişirəm, iynələri vurdurub evə qayıdıram».
«Əbu Bəkr» məscidinin imamı Qamət Süleyman «Azadlıq» radiosuna belə deyib. O, baş verən hadisə ilə bağlı hazırda nə isə söyləməyin çətin olduğunu bildirib:
«İndi bir şey demək çətindir. İstintaq gedir, inşallah onlar tutulandan sonra hər şey aydın olar».
Qamət Süleyman Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin baş verən hadisəni məsciddə daxili qruplaşmaların münaqişəsi kimi təqdim etməsini qəbul etmir:
«Bu, terrordur. Daxili münaqişə bu cür vəhşicəsinə həll olunmur. Digər tərəfdən, bizim məsciddə daxili münaqişə yoxdur. İkincisi isə kim bizə müxalifdir, onlar bizə aid oluna bilməz, onlar bizdən deyil. Sadəcə, Allah bilir, hadisəni törədənlər hansı qüvvələrdir. İndi axtarışdadırlar, tapılandan sonra hər şey bilinəcək».
Q.Süleyman sünni təriqəti içərisində onlara müxalif ola biləcək qüvvələrin mövcudluğunu istisna etmir:
«Müəyyən radikal qüvvələr var. Bunlar dünyada gedən proseslərin nəticəsidir. Bilirsiniz, burda hər tərəf ola bilər. Heç bir tərəf istisna olunmur».
O, baş verən hadisənin insanları sözügedən məsciddən uzaqlaşdırmaq niyyətilə törədilməsi ehtimalı ilə bağlı suala belə cavab verib:
«Hər şey hadisəni törədənlər tutulandan sonra məlum olacaq. İndidən versiyalar demək düzgün deyil».
Qamət Süleyman hadisəni törədənlərin tutulacağına inandığını deyir:
«İnşallah, inam var. Onlar tutulmalıdırlar».
O, hadisənin məscidə gələn, onlarla daim əlaqəsi olan insanları üzdüyünü bildirir:
«Hamı üzülüb, çünki ölən qardaşlarımız var. Ancaq ruhdan düşməyiblər. Hamı zəng edir ki, məscid nə vaxt açılacaq, gələk».
Qamət Süleyman Azərbaycanda insanların islama marağının artmasından bəzi qüvvələrin qıcıqlanmasına da inanmır:
«Yox, buna inanmıram».
Avqustun 17-i axşam «Əbu Bəkr» məscidinə qumbara atılıb. Hadisə yerində 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
XS
SM
MD
LG