Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

«Bəzi yerlərdə imza vərəqələrini alıb cırırlar»


«Lakin biz bu hakimiyyətin seçkiyə yanaşma xüsusiyyətini bildiyimizdən təəccüblənmədik. Özümə qarşı qanunlara əməl edən, səxavətli addım gözləmirdim. Bunları göz önünə alaraq seçkiyə getmişik»
«Lakin biz bu hakimiyyətin seçkiyə yanaşma xüsusiyyətini bildiyimizdən təəccüblənmədik. Özümə qarşı qanunlara əməl edən, səxavətli addım gözləmirdim. Bunları göz önünə alaraq seçkiyə getmişik»
«Bir çox rayonlarda - Kürdəmir, Samux, Lerik və digər yerlərdə icra strukturları və polis birbaşa imza toplama kampaniyasının gedişinə müdaxilə edib».
«Ümid» Partiyasından prezidentliyə namizəd İqbal Ağazadə «Seçki qatarı»na belə deyib. Onun sözlərinə görə, hətta bəzi yerlərdə imza vərəqələrini vətəndaşların əlindən alıb cırıblar:
«Lakin biz bu hakimiyyətin seçkiyə yanaşma xüsusiyyətini bildiyimizdən təəccüblənmədik. Özümə qarşı qanunlara əməl edən, səxavətli addım gözləmirdim. Bunları göz önünə alaraq seçkiyə getmişik».
Verilişin digər qonağı Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev isə imza toplama kampaniyasının gedişində elə də ciddi problemlə üzləşmədiklərini bildirib. Onun sözlərinə görə, artıq tələb olunan 40 min imza toplanılıb:
«İndi imzaları partiya daxilində yoxlayırıq. Yəqin ki, gələn həftə sənədəri MSK-ya təqdim edəcəyik».
Fuad Əliyev deyir ki, imza toplamaq baxımından Naxçıvan çox problemli bir regiondur:
«Orda seçki qərargahı yaratmışıq, amma imza yığa bilmədik».
Politoloq İlqar Məmmədov isə belə ehtimal irəli sürür ki, namizədlərin əksəriyyəti yalan danışır:
«Hazırda 14 namizəd var, hər biri də deyir ki, 15 gün ərzində artıqlaması ilə imza toplayıb. Bu, o deməkdir ki, onların hərəsi gündə orta hesabla 3 min imza toplayıb. Deməli, gündə Azərbaycanda 40-50 min insan hansısa namizədə imza verib. Bu isə mümkün deyil».
Hüquqşünas Erkin Qədirli də onun fikirlərini dəstəkləyir:
«Üstəlik, nəzərə almaq lazımdır ki, bir vətəndaş yalnız bir namizədin xeyrinə imza ata bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG