Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Ermənistan operatorunun yanlış məlumatı aşkarlanaraq düzəldildi


Azerfon MMC (Nar Moblie ticarət nişanı) mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com internet saytında Ermənistan operatorunun yaydığı yanlış məlumatın düzəldilməsinə nail olub.
Azerfon MMC-nin GSMworld təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərməsindən sonra Ermənistan operatorunun Azerfonla saxta rominq haqqında məlumat saytdan çıxarıldı.

Hal-hazırda istənilən şəxs GSM assosiasiyasının rəsmi İnternet səhifəsində Nar Mobile şəbəkəsinin mövcud rominq razılaşmaları haqqında düzgün xəbər və yenilikləri izləyə bilər: http://www.gsmworld.com/roaming/gsminfo/roa_azaf.shtml

Dünya GSM Assosiasiyasının (GSMA) rəsmi saytında bir müddət əvvəl məlumat yaymışdı ki, «Azərbaycanın mobil rabitə operatoru «Azerfon» MMC ilə Ermənistanın «ArmenTel» mobil rabitə şirkəti arasında beynəlxalq rouminq sazişi imzalanıb».

AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.
XS
SM
MD
LG