Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Məsciddəki partlayışla bağlı saxlanan yoxdur


Avqustun 17-i axşam Bakıdakı «Əbu-Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinə qumbara atılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb

Avqustun 17-i axşam Bakıdakı «Əbu-Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinə qumbara atılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb

«Əbu-Bəkr» məscidində baş vermiş partlayışla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hələ saxlanan yoxdur».
Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev «Turan»a belə deyib.
Bununla yanaşı, hüquq-mühafizə orqanlarındakı mənbələrdən agentliyə bəlli olub ki, avqustun 19-da istintaq qrupu Balakən, Zaqatala və Astara rayonlarında əməliyyat-axtarış tədbirləri keçirib. Eyni zamanda, hadisə zamanı məsciddə olan çoxsaylı dindar dindirilib.

Mənbənin dediyinə görə, partlayış baş verən zaman dindarların şübhələnərək arxasınca qaçdığı qara geyimli Astara rayon sakini də istintaq qrupu tərəfindən dindirilib. O, hadisə baş verərkən həmin ərazidən keçdiyini və dindarların onun üzərinə gəlməsindən qorxaraq qaçdığını deyib.

Artıq bəzi KİV-lər həmin Astara rayon sakininin şübhəli şəxs qismində saxlanıldığı barədə məlumatlar yayıb. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri bu məlumatları təkzib edib.
Bununla yanaşı, müşahidəçilər qumbaranın məscidə yaxınlıqda yerləşən binalardan birinin yuxarı mərtəbəsindən lüləaltı qumbaraatan vasitəsi ilə atıldığını güman edirlər.
Avqustun 17-i axşam Bakıdakı «Əbu-Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinə qumbara atılıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG