Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:17

Ruslar ABŞ-ın hərbi maşınlarını ələ keçirib


Avqustun 19-da Gürcüstanla Rusiya arsında əsirlərin dəyişdirilməsi həyata kecirilirdi. Lakin elə həmin vaxtda, Poti şəhərində ruslar daha 20 gürcü hərbçisini əsir alıb. Eyni hadisə zamanıı 4 ədəd “Humvee” hərbi avtomobili də müsadirə olunub. AP-nin məlumatına əsasən “Humvee” maşınları ABŞ-a məxsusdur. Bir müddət əvvəl Gürcüstanda kecirilən hərbi təlimlərlə bağlı bura gətirilən maşınlar Poti limanından yenidən ABŞ-a daşınmaq üçün gəmi gözləyirmiş.

Amerikalılar avtomobillərini geri tələb edir. Ag evin təmsilçisi, Gordon Johndroe hadisəni şərh edərkən deyib:

- Əgər Gürcüstanda amerikaya məxsus hansısa texnika müsadirə edilibsə, gərək dərhal geri qaytarılsın.

Strateji hərbi və iqtisadi əhəmiyyəti olan Poti limanına hələ də ruslar nəzarət edir. Avqustun 19-da rus hərbi gəmiləri Gürcüstan hərbi-dəniz qüvvələrinə məxsus müasir “Diaskuria” gəmisini yedəyə alıb naməlum istiqamətə apariblar. Bir qədər sonra güclü partlayış səsi eşidilib. Olaydan bir-necə saat sonra isə AP-in jurnalisti limanı tərk edən rus zirehli texnikasını müşahidə edib. Zirehli maşınların yedəyində qolu qandallanmiş, gözlərində isə sarğı olan 20-yə yaxın hərbçini görən jurnalsit onların şəklini cəkməyə müəssər olub. Limanın əməkdaşı Eduard Masyevoriani bildirib ki, rusların həbs etdiyi şəxslər gürcü hərbçiləri olub.

Rusiya Baş hərbi qərargahının nümayəndəsi, general-leytenant Anatoliy Noqovitsin Moskvada jurnalistlərə bildirib ki, rus əsgərləri Potidə yerli hakmiyyət strukturlarının bərpa olunmasını gözləyir, ona görə də ərazini tərk etmirlər. Noqovitsin rusların hələ də əsir götürməsi faktlarını başıpozuq gürcü əsgərlərinin zərərsizləşdirilməsi zərurəti ilə izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG