Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

Rusiya və Gürcüstan hərbi əsrilərin dəyişdirilməsinə başlayıb


Rusiya və Gürcüstan qüvvələri hərbi əsrilərin dəyişdirilməsi prosesinə başlayıb. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Aleksandr Lomaya deyib ki, Gürcüstan Rusiyaya 5 əsir qaytarıb. Onlardan ikisi pilotdur. Rusiya isə Gürcüstana 15 nəfər qaytarıb. Onlardan ikisi mülki şəxslərdir.
Bu arada Rusiyanın NATO-dakı səfiri Dmitri Raqozin Fransa radiosuna bildirib ki, Rusiya qüvvələrinin Gürcüstandan çıxması Gürcüstan prezidenti Mixail Saakaşvilinin əməllərindən asılı olacaq.
XS
SM
MD
LG