Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:48

«Səhvləri düzəldin, seçkiqabağı mühiti yaxşılaşdırın»


Andres Herkel deyir ki, Azərbaycanda üç jurnalistin həbsdə olması ciddi problemdir. Əgər yeni əfv fərmanı hazırlanırsa, bu, həmin problemi həll etmək üçün bir imkandır

Andres Herkel deyir ki, Azərbaycanda üç jurnalistin həbsdə olması ciddi problemdir. Əgər yeni əfv fərmanı hazırlanırsa, bu, həmin problemi həll etmək üçün bir imkandır

Avropa Şurasının müşahidə missiyası sentyabrın 16-da Azərbaycana gələcək. Missiya ölkədə prezident seçkisi öncəsi durumu öyrənəcək, vəziyyətə dair bəyanat verəcək.
Bunu «Azadlıq» radiosuna Avropa Şurasının Azərbaycan üzrə müşahidə missiyasının rəhbəri Andres Herkel deyib. Missiya prezidentliyə namizədlər, onların nümayəndələri, QHT-lər, MSK təmsilçiləri, seçkiyə cavabdeh şəxslərlə görüşəcəklər.
Andres Herkel deyir ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanın öhdəliklərinə dair hesabatını iyunun sonlarında təqdim edib. İndi bu tövsiyələrin necə yerinə yetiriləcəyini gözləyirlər:
«Dediyim odur ki, indi siz səhvləri düzəldin, seçkiqabağı mühiti yaxşılaşdırın. Bu öhdəliklər necə yerinə yetirilir, mühit necədir, bunu seçkiqabağı bəyanatda deyəcəyik».
AŞ PA-nın Azərbaycana dair son hesabatında deyilir ki, hökumət seçkiqabağı ölkədə inam mühiti yaratmalı, prezident seçkisinin azad və ədalətli keçməsini təmin etməlidir.
Andres Herkel deyir ki, Azərbaycanda üç jurnalistin həbsdə olması ciddi problemdir. Əgər yeni əfv fərmanı hazırlanırsa, bu, həmin problemi həll etmək üçün bir imkandır.
Herkelin sözlərinə görə, seçkiöncəsi həbsdəki jurnalistlərlə görüşə biləcəyinə inamı azdır. Çünki o, müşahidə missiyasının rəhbəri kimi gəlir, məqsədi Azərbaycanın öhdəliklərini necə yerinə yetirdiyini öyrənmək deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG