Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

«Şeyx xalqa müraciət etməlidir»


«Belə halların baş verməməsi üçün dövlət kompleks işlər aparmalıdır. O cümlədən Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin hadisə ilə bağlı xalqa müraciətinə ehtiyac yaranıb»

«Belə halların baş verməməsi üçün dövlət kompleks işlər aparmalıdır. O cümlədən Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin hadisə ilə bağlı xalqa müraciətinə ehtiyac yaranıb»

«Əbu Bəkr» məscidində insanların ölümü və yaralanması ilə nəticələnən partlayış bütün hallarda terror aktıdır». Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl «İşdən Sonra»ya belə deyib. Ekspert təəssüflənir ki, bu, artıq Azərbaycanda təhlükəli tendensiyanın başlanğıcı deməkdir:
«Belə halların baş verməməsi üçün dövlət kompleks işlər aparmalıdır. O cümlədən Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin hadisə ilə bağlı xalqa müraciətinə ehtiyac yaranıb».
Dinşünas alim Altay Göyüşov isə hesab edir ki, bu cür hadisələr müxtəlif səbəblərdən baş verə bilər. Ancaq məsələnin kökündə ölkədə dini maarifləndirmə işinin lazımi səviyyədə olmaması dayanır:
«Bu məsələyə ciddi yanaşmaq zəruridir».
Verilişin digər qonağı politoloq Rasim Musabəyov isə deyir ki, Rusiyanın Gürcüstanda törətdikləri dünyanın siyasi mənzərəsinin durulması baxımından önəmli məsələdir:
«Bu hadisə dünya ölkələrinin, o cümlədən NATO-nun Rusiya ilə necə rəftar etmək məsələsini müəyyənləşdirməyə imkan verir. İndiki dünyada hətta Fransa, İngiltərə kimi fövqəldövlətlər də hansısa ölkənin onların təsir dairəsində olmasından danışmır. Rusiya isə hələ də bu istəyindən əl çəkmək istəmir. Bu istək və onun nəticəsi olan Gürcüstan hadisələri son nəticədə MDB-nin məhvinə və GUAM-ın inkişafına xidmət edir».
XS
SM
MD
LG