Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

USAİD seçkilərlə bağlı layihələrə 835 min dollar xərcləyəcək


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi - USAİD prezident seçkisilə bağlı 6 təşkilatla – ABŞ Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Seçki Sistemləri üzrə Beynəlxalq Fond, ABŞ Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası, İREX və Avrasiya Fondunun nəzdində yaradılan Avrasiya Tərəfdaşlıq Fondu ilə işbirliyinə hazırlaşır. Bunu qurumun Bakı ofisinin rəhbəri Skot Talbot deyir.
Cənab Talbot deyir ki, ümumilikdə bir ildə seçkilər və idarəetməyə 8-10 milyon arası xərclənməsi nəzərdə tutulur. Yalnız seçkilərlə bağlı layihələrə isə 835 min dollar xərclənəcək.
USAİD-in Azərbaycan ofisinin potensialı təqdim olunan layihələrin yalnız maliyyələşdirilməsinə deyil, həm də qiymətləndirilməsinə imkan verir.
Skot Talbot layihələrin dünya standartları səviyyəsində yerinə yetiriləcəyinə şübhə etmir. Əsas məqsəd Azərbaycanda demokratiyanın və demokratik təsisatların gücləndirilməsi, hökumətin demokratiya sahəsində apardığı siyasətə yardım, özəl sektorun demokratiya və idarəetmə məsələlərinə daha çox cəlb edilməsinə yardımçı olmaqdır.
XS
SM
MD
LG