Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:56

ABŞ «Əbu-Bəkr» məscidinə hücumu pisləyir


«Bu hücumu həyata keçirənlər insanlığın ən toxunulmaz ayinlərinə hücum ediblər. Biz bu qorxaq hücumla bağlı Azərbaycan xalqı ilə həmrəyliyimizi ifadə edirik»

«Bu hücumu həyata keçirənlər insanlığın ən toxunulmaz ayinlərinə hücum ediblər. Biz bu qorxaq hücumla bağlı Azərbaycan xalqı ilə həmrəyliyimizi ifadə edirik»

ABŞ «Əbu-Bəkr» məscidinə hücumu pisləyir. Birləşmiş Ştatların yaydığı bəyanatda qurbanların ailələrinə başsağlığı verilir:
«Biz ümid edirik ki, hökumət bu cinayətə görə məsuliyyət daşıyanları tez bir zamanda cəzalandırmağa nail olacaq».

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan çoxdandır ki, öz dini harmoniya və etiqadlararası dialoq ənənəsinə görə tanınıb:
«Bu hücumu həyata keçirənlər insanlığın ən toxunulmaz ayinlərinə hücum ediblər. Biz bu qorxaq hücumla bağlı Azərbaycan xalqı ilə həmrəyliyimizi ifadə edirik».
Avqustun 17-i axşam Bakıdakı «Əbu-Bəkr» məscidi kimi tanınan Cümə məscidində partlayış olub. İlkin məlumata görə, 2 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG