Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

İş prezidentin xüsusi nəzarətinə götürülüb


Rəsmilər bildirir ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir

Rəsmilər bildirir ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir

Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Respublika Baş Prokurorluğu Əbu-Bəkr məscidində baş verən partlayışla bağlı xüsusi məlumat yayıb.
Məlumatda bildirilib ki, avqustun 17-də saat 20.50 radələrində naməlum şəxs Bakı şəhəri, Ü. Bünyadzadə küçəsində yerləşən Əbu-Bəkr məscidinə pəncərədən partlayıcı maddə atıb. Nəticədə iki nəfər hadisə yerində ölüb, 11 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Hadisə yerinə DİN, MTN və Respublika Prokurorluğunun rəhbər vəzifəli şəxsləri gedib, həmin qurumların yüksək ixtisaslı əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd olunub ki, ictimai rezonans doğuran hadisənin açılması və cinayət törədən şəxslərin ifşa olunması ölkə prezidenti tərəfindən xüsusi nəzarətə götürülüb. Cinayətin açılması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. APA

Günün bütün mövzuları

XS
SM
MD
LG