Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:16

Rasim Balayev: «Bu mənim zamanım deyil»


«Yaxşı ki deputat olmadım»,- deyən Rasim Balayev hesab edir ki, demokratik ölkədə azad söz boğulmamalıdır

«Yaxşı ki deputat olmadım»,- deyən Rasim Balayev hesab edir ki, demokratik ölkədə azad söz boğulmamalıdır

«Bu, mənim zamanım deyil. Mən ya 100 il bundan əvvəl yaşamalıydım, ya da 100 il sonra. İndi ətrafda baş verənlər mənə yaddır». «Can Bakı»nın qonağı olan Rasim Balayev belə deyir. O, indiki komik aktyorların əksəriyyətinin fəaliyyətini qənaətbəxş hesab etmir:
«Adamı güldürmək üçün nə günlərə düşmək olar?! Bu, komizm, bu, sənət deyil».
Bu yaxınlarda 60 illiyini qeyd edən xalq artisti deyir ki, onun çəkilmək istədiyi filmlərin yaxın illərdə Azərbaycanda reallaşacağına ümidi yoxdur:
«Bəlkə də nə vaxtsa çəkiləcək. Amma həmin vaxt yəqin ki, mən qoca olacağam».
Aktyor bildirir ki, bir-birinin ardınca populyar filmlərə çəkiləndə qadınlardan xeyli eşq məktubları alıbmış:
«Onlardan bəzilərini indi də saxlayıram. Amma hiss edirdim ki, çoxu ötəri hisslərdir, filmin təsiri altında yazıblar».
Rasim Balayev deyir ki, sənətə vurğunluq olanda karyera da olur, hörmət də:
«Mən 20 il ərzində ildə 3-4 filmdə çəkilmişəm. Amma uzun müddət kirayə qalırdım, hər gün işə dolu avtobusda sallana-sallana gedirdim. Hamı da mənə baxıb təəccüblənirdi. Amma o vaxt bundan narahat olmurdum».
Aktyor deyir ki, indi tragikomik rol oynamaq arzusundadır:
«Təsəvvür edin ki, bu adam namusla, vicdanla işləmək istəyir, amma ətraf mühit onu tragikomik hala salır».
«Yaxşı ki deputat olmadım»,- deyən Rasim Balayev hesab edir ki, demokratik ölkədə azad söz boğulmamalıdır.

Şərhləri göstər

XS
SM
MD
LG