Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Azərbaycan beşinci medalını qazandı


Azərbaycanın aktivində artıq bir qızıl, iki gümüş, iki bürünc medal var

Azərbaycanın aktivində artıq bir qızıl, iki gümüş, iki bürünc medal var

Avqustun 16-da Azərbaycanının qadın güləşçilərindən Mariya Stadnik qazaxıstanlı rəqibini 6-0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Bundan əvvəl o, Koreya təmsilçisi üzərində 4-2 hesabı ilə qələbə qazanmışdı.

20 yaşlı Mariya Stadnik 48 kq. çəki dərəcəsində yarışır. 2008-ci ilin Avropa çempionudur. Məşqçiləri Orest Skobelski və Nazim Əlicanovdur.

Beləliklə, Pekində Olimpiya Oyunlarına qatılan Azərbaycanın aktivində artıq bir qızıl, iki gümüş, iki bürünc medal var. Qızıl medalı cüdoçu Elnur Məmmədli, gümüş medalları güləşçilər isə Vitali Rəhimov, Rövşən Bayramov, birinci bürünc medalı isə cüdoçu Mövlud Mirəliyev qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG