Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:17

Samir Dadaşov intihara cəhd etmədiyini deyir


O, Elçin Beybudovdan MTN rəhbərliyinə müraciət etməyi və barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş edib
O, Elçin Beybudovdan MTN rəhbərliyinə müraciət etməyi və barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyi xahiş edib
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidmətinin keçmiş rəhbəri Samir Dadaşovun ailə üzvləri onun özünə qəsd etməsi barədə məlumatı təkzib ediblər. Dadaşovun «Turan»a müraciət edən qohumları deyiblər ki, o, özünü yaxşı hiss edir və heç bir hadisə olmayıb.
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə avqustun 15-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında Samir Dadaşova baş çəkib. Dadaşov intihara cəhd haqda yayılan məlumatı təkzib edib və bunu «təxribat» adlandırıb. O deyib ki, mətbuatda haqqında hansısa informasiyanın yayılmasını istəmir.
S.Dadaşov rüşvət alma ittihamı üzrə özünü təqsirli bilmədiyini və işgəncəyə məruz qalmadığını deyib. O, Elçin Beybudovdan barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməyə kömək göstərməsini xahiş edib.

Elçin Behbudov məhbusun xahişini MTN rəhbərliyinə çatdırıb.
Hüquq müdafiəçisi həmin iş üzrə həbs edilən İlham Şahmirzəyev və Yalçın Məmmədovla da görüşüb. Onlar özlərini qismən təqsirli hesab etdiklərini deyiblər. Yalçın Məmmədov qara ciyərində problemlərdən şikayətlənib.
Samir Dadaşov və İİN-in daha bir neçə nəfər əməkdaşının rüşvət alarkən həbs edildiyi bldirilir.
Avqustun 14-də Samir Dadaşovun MTN-in istintaq təcridxanasında intihara cəhd etdiyi barədə məlumat yayılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG