Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:01

Yanğın hərbi hissənin yaxınlığında baş verib


Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən «N» saylı hərbi hissəsinin yaxınlığında yanğın baş verib

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən «N» saylı hərbi hissəsinin yaxınlığında yanğın baş verib

Avqustun 15-də Bakı-Quba yolundakı Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin yaxınlığında yanğın baş verib. Yanğın təxminən saat 12:40 radələrində yanğın başlayıb.
Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri xəbər verir ki, həmin saatlarda Sumqayıt şəhərinin üzərini qara tüstü qatı bürüyüb, havada iki heliokopter görünüb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna bildirib ki, yanğın hərbi hissənin yaxınlığındakı qamışlıqdan baş verib. Ərazidə çoxlu təkər şinləri yandığından tüstü qatı yaranıb. Hərbi hissədə isə heç bir yanğın olmayıb və hərbi texnikaya ziyan dəyməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG