Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:45

Azərbaycan dördüncü medalını qazandı


Azərbaycanın aktivində bürünc medaldan əlavə artıq bir qızıl, iki gümüş medal var

Azərbaycanın aktivində bürünc medaldan əlavə artıq bir qızıl, iki gümüş medal var

Yay Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu Mövlud Mirəliyev bürünc medal alıb. O, polşalı rəqibi Prjemislav Matyaşeki məğlub edib.

M. Mirəliyev 1/16 finalda əlcəzairli Həsən Azzun, daha sonra gürcü idmançı Levan Jorjoliani və rumıniyalı Daniel Brat üzərində qələbə çalıb. Amma yarımfinalda o, Monqolustandan olan həmkarı Tuvşinbayar Naydana uduzub.

Mövlud Mirəliyev 1974-cü ildə anadan olub. Dəfələrlə dünya və Avropa çempionatlarının mükafatlarını qazanıb. Məşqçisi Ağayar Axundzadədir.

Beləliklə, Olimpiya Oyunlarına qatılan Azərbaycanın aktivində bürünc medaldan əlavə artıq bir qızıl, iki gümüş medal var. Qızıl medalı cüdoçu Elnur Məmmədli, gümüş medalları güləşçilər isə Vitali Rəhimov, Rövşən Bayramov qazanıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG