Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

«Azərbaycan gündə 67,2 milyon dollar itirir»


Azərbaycan gündə 600 min barel neft ixrac edirdi

Azərbaycan gündə 600 min barel neft ixrac edirdi

Gürcüstan münaqişəsi üzündən Azərbaycana dəyən itkinin miqdarı bilərəkdən azaldılır. Enerji məsələləri üzrə ekspert İlham Şabanın «İşdən sonra»ya açıqlamaları belə deməyə əsas verir:

İlham Şaban: «Belə məlumatlar verilir ki, BTC-dəki partlamaya və Gürcüstan münaqişəsinə görə Azərbaycan gündə 1,6 milyon dollar itki ilə üzləşir. Halbuki, Azərbaycan gündə 600 min barel neft ixrac edirdi. İndiki qiymətlə bu, gündə 67,2 milyon dollar deməkdir. Əgər neft Bakı-Novorossiysk kəməri ilə nəql edilirsə, bu da itki deməkdir. Əgər dəmiryol ilə göndərilirsə, bunun özü də itkidir».

Millət vəkili Nəsib Nəsibli isə Azərbaycan Milli Məclisini Gürcüstanda baş verənlərə reaksiya verməməkdə ittiham edir:

«Milli Məclis hansı aktual məsələyə münasibət bildirib ki, buna da reaksiya versin? Ümumiyyətlə, bu vaxtadək parlamentin bu cür ekstremal hadisələrə operativ münasibət göstərməsi praktikasına rast gəlməmişəm».

Nəsib Nəsibli deyir ki, əslində, bu operativ münasibəti Xarici İşlər Nazirliyi göstərməliydi:

«Mən bir vətəndaş kimi arzu edərdim ki, Gürcüstana digər dost ölkələrin rəhbərləri kimi Azərbaycanın da dövlət başçısı orada, Gürcüstan prezidentinin yanında olaydı. Hökumət indi Pekin Olimpiadasına köklənib. Qulaqlarının dibində bomba partlayır, reaksiya vermirlər. Rəsmi Bakı ən azından Gürcüstandakı hadisələrə görə narahatlıq keçirdiyini ifadə etməliydi».

Ətraflı verilişin audiosunda

Buna da bax:

XS
SM
MD
LG