Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

«Rusiya hərbçiləri şahid istəmirlər»


«Mən Çeçenistandakı təcrübəm əsasında deyə bilərəm ki, Rusiya hərbçiləri jurnalistlərlə o cür davranırlar ki, onlar baş verənlərin şahidləri olmasınlar»

«Mən Çeçenistandakı təcrübəm əsasında deyə bilərəm ki, Rusiya hərbçiləri jurnalistlərlə o cür davranırlar ki, onlar baş verənlərin şahidləri olmasınlar»

Rusiya ilə Gürcüstan arasında silahlı qarşıdurmanın başlamasından keçən bir həftədə münaqişə bölgəsində üç jurnalist öldürülüb, 12 jurnalist isə yaralanıb. Öldürülənlər Gürcüstanın yeganə foto informasiya agentliyi «Caucasus Press Images»in rəhbəri və eyni zamanda Rusiyanın İTAR-TASS Agentliyi ilə əməkdaşlıq edən Aleksandr Klimçuk, «Russian Newsweek» jurnalı ilə əməkdaşlıq edən gürcü jurnalist Qriqol Çikladze və Hollandiyanın «RTL News» telekanalının əməkdaşı Stan Storimansdır.
Gürcü jurnalistlər Cənubi Osetiyaya - münaqişə bölgəsinə girmək istəyərkən öldürülüblər. Hollandiyalı jurnalist isə Gürcüstanın Qori şəhəri bombalanarkən həlak olub. Yaralananlar isə Rusiyadan, Gürcüstandan, Türkiyədən, İsraildən, Yunanıstandan olan jurnalistlərdir.
Hazırda Gürcüstanda olan Rusiyadakı Ekstremal Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov bildirir ki, Rusiya hərbçiləri jurnalistlərlə çox kobud davranırlar:
«Elə bu gün məlumat aldıq ki, türk jurnalistlər döyülüblər. Rusiya hərbçiləri avadanlıqları onların əllərindən alıb, çəkdiklərini də siliblər. Münaqişənin başlanmasından çəmi beş gün keçib, vəziyyət o qədər ağırdır ki, bu qədər jurnalist zərər çəkib. Mən Çeçenistandakı təcrübəm əsasında deyə bilərəm ki, Rusiya hərbçiləri jurnalistlərlə o cür davranırlar ki, onlar baş verənlərin şahidləri olmasınlar».
Moskvadakı «Expert» adlı sayt isə özünün iki jurnalistinin - Vyaçeslav Koçetkov və İqor Naidenovun itkin düşdüyünü xəbər verib. Ermənistandan Gürcüstana gələndən bəri onlarla əlaqə kəsilib.
ABŞ-dakı Jurnalistləri Müdafiə Mərkəzi də münaqişə tərəflərinə müraciət edib. Mərkəz bütün tərəflərə jurnalistlərin münaqişə bölgəsində olmaq hüququnu xatırladır və onların təhlükəsizlik şəraitində işləmələrinə imkan verilməsinə çağırır.
XS
SM
MD
LG