Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:30

Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə hava çirklidir


Son altı ay ərzində Bakı şəhərinin Nizami, Nərimanov, Xətai və Yasamal rayonlarında¸ həmçinin Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində hava çirkli olub. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının apardığı monitorinq nəticəsində aşkar edilib.
Monitorinq zamanı Naxçıvan, Şəki və Lənkəran şəhərlərində havanın çirklənməsi müşahidə edilməyib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə 4071 analiz aparılıb. Analizlər zamanı Ağstafaçay, Kür və Araz çaylarında çirklənmə aşkar edilib.
Monitorinq qrupu ölkə ərazisində torpaqların da çirklənməsini öyrənib. Əsasən Bakıda götürülmüş 646 nümunə üzərində 1692 kimyəvi analiz aparılıb. Analizlərin nəticələrinə görə, neft məhsullarının miqdarı «Binəqədineft» və «Balaxanıneft»ə məxsus torpaqlarda və Suraxanı qəsəbəsinin ərazisində bir neçə dəfə normanı keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinq zamanı aşkar olunan çirklənmənin təmizlənməsi üçün təkliflər hazırlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG