Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:40

«Hökumətin yadına hakimiyyət dəyişikliyi düşür»


«Azərbaycanda «Sərbəst toplaşmaq azadlığı haqqında qanun»un tələblərinə riayət olunmur»

«Azərbaycanda «Sərbəst toplaşmaq azadlığı haqqında qanun»un tələblərinə riayət olunmur»

Seçki ilində Azərbaycanda sərbəst toplaşmaq azadlığı hansı səviyyədə təmin olunub? «Can Bakı» proqramı Vətəndaşların Əmək Hüquqları Liqasının rəhbəri Sahib Məmmədovla bu sual ətrafında müzakirələr aparıb.
S.Məmmədov sərbəst toplaşmaq azadlığının təminatı sahəsindəki vəziyyəti öyrənmək məqsədilə uzunmüddətli monitorinq həyata keçirib. Nəticədə məlum olub ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna edilən son dəyişikliklər sənəddəki bir sıra boşluqların aradan qaldırılmasına səbəb olsa da, praktikada həmin qanunun tətbiqinə nail olmaq demək olar mümkün deyil:

«Qanundakı ən effektiv dəyişiklik odur ki, bu hüquq pozulanda bundan şikayət verilməsi mexanizmi asanlaşdırılıb. İndi məhkəmə 2 gün bu məsələyə baxıb qərar qəbul etməlidir. Lakin məhkəmə bu dəyişikliyi nəzərə almır. Onlar müraciətləri icraata götürsələr də, qoyulan müddətdə ərizələrə baxmırlar».

Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc dedi ki, Azərbaycanda demokratiya mövcuddur: «Sərbəst toplaşmaq azadlığı haqqında qəbul edilən qanun beynəlxalq tələblərə tam cavab verir. Lakin deməliyəm ki, reallıqda qanundakı müddəalar arzu etdiyimiz səviyyədə işləmir. Bu da ona görə belədir ki, bəzi dairələrdə sərbəst toplaşmaq azadlığı daha çox sərbəst toqquşmaq azadlığı kimi təzahür edir».

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qanununun tələblərinə riayət olunmur. Bu tələblərdə səslənən ayrı-ayrı müddəaların yerinə yetirilməsi icra strukturları tərəfindən qadağa qoyulur: «İndi qanunda icazə anlayışı yoxdur, amma icra strukturları yenə də icazə tələb edir».

Millət vəkili deyir ki, hakimiyyət kütləvi aksiyalardan çox çəkinir, çünki dərhal hakimiyyət dəyişikliyi yadına düşür. Prezidentliyə namizəd kimi İqbal Ağazadə seçki kampaniyası dövründə aksiyalar keçirmək niyyətindədir. Lakin buna imkan verilib-verilməyəcəyini bilmir. Onun dediyinə görə, hələ bu ilin may ayından Ümid Partiyası rayonlarda qapalı yerlərdə görüşlər keçirmək üçün müraciət etsə də, icra hakimiyyətləri belə görüşlərə icazə verilməyib.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı da bildirdi ki, indi ölkədə sərbəst toplaşmaq azadlığı qətiyyən təmin olunmur.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG