Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:35

Polis aksiyaya imkan vermədi


Polis ona yaxın piket iştirakçısına səfirliyin binası qarşısına keçməyə belə imkan verməyib
Polis ona yaxın piket iştirakçısına səfirliyin binası qarşısına keçməyə belə imkan verməyib
Bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri avqustun 13-də Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkənin Gürcüstana təcavüzünü pisləyən piket keçirməyə cəhd göstəriblər. Lakin polis ona yaxın piket iştirakçısına səfirliyin binası qarşısına keçməyə belə imkan verməyib, onları hadisə yerindən uzaqlaşdırıb.
Özünü polis rəisi kimi təqdim edən mülki geyimli şəxs piketə icazə verilmədiyini bildirib. Piketin təşəbbüskarlarından biri Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, onların məqsədi yalnız dinc aksiya keçirməklə Rusiyanın Gürcüstanla bağlı siyasətinə etiraz etmək olub. Aksiya iştirakçılarından politoloq İlqar Məmmədov isə polisin onlarla kobud davrandığını deyir:

«Bizi oradan qovdular, zor tətbiq etdilər. Mən Azərbaycan hökumətinin bu cür münasibətini qəti başa düşmürəm. Azərbaycanın maraqları tələb edir ki, Gürcüstanla tam həmrəylik nümayiş etdirək, amma hakimiyyət dövlət maraqlarını müdafiə edən bütün vətəndaş təşəbbüslərinin qarşısını alır».

İlqar Məmmədli deyir ki, piketə qoşulan qeyri-hökumət təşkilatları bu məsələni bir daha müzakirə edəcək və Azərbaycan ictimaiyyətinin Gürcüstanda baş verənlərə münasibətini bir daha nümayiş etdirməyə çalışacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG