Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:06

«Təmirə 100 milyon dollara yaxın vəsait xərclənib»


Milli Təhlükəsizlik Nazirliyinin binası təmirdən əvvəl
Milli Təhlükəsizlik Nazirliyinin binası təmirdən əvvəl
«Azərbaycan xarici borca görə də «lider»dir». Bu barədə «Azadlıq» qəzeti yazıb.
«Azərbaycan dövlətinin maliyyə imkanları o qədər genişlənib ki, heç bir sosial-iqtisadi mahiyyət kəsb etməyən «Səadət» sarayının təmirinə son iki ildə 22 milyon manat və yaxud 26,8 milyon dollar vəsait ayrılıb. Milli Təhlükəsizlik Nazirliyinin binasının təkcə təmirinə isə son iki ildə 100 milyon dollara yaxın vəsait xərclənib. İrili-xırdalı yollara, körpülərə, inzibati binalar xərclənən milyardlar da öz yerində».
Qəzet daha sonra yazır: «İndi belə bir maliyyə resursları olan ölkədə «Sosial-müdafiə sisteminin inkişafı» layihəsinin maliyyələşdirilməsi üçün 54,6 milyon dollar vəsaitə xəsislik edilməsi, məbləğinin təxminən yarısının 26,7 milyon dollarının kredit (borc) şəklində Dünya Bankından alınması heç bir halda sağlam məntiqlə izah edilə bilməz».

«Olimpiya çempionu YAP Nərimanov rayon təşkilatının fəal üzvüdür»-, hakim Yeni Azərbaycan Partiyasının orqanı «Yeni Azərbaycan» qəzeti belə yazıb. «Artıq partiyanın Nərimanov rayon təşkilatı Pekinə teleqram vuraraq qələbə münasibət ilə Elnur Məmmədlini təbrik edib».
«Yeni Müsavat» yazır ki, Qulamhüseyn Əlibəylinin partiya yaratmaq niyyəti ciddiləşir.
«AXCP-nin Ali Məclis sədrliyindən ötən həftə istefa verən Qulamhüseyn Əlibəylinin prezident seçkisinə qatılandan sonra siyasi partiya yaradacağı barədə məlumat vermişdik. Qeyd edək ki, artıq Q.Əlibəyli partiyadan istefa verdikdən sonra planlaşdırdığı addımlardan birini atıb - prezidentliyə namizədliyini irəli sürüb.
Namizədliyini irəli sürdüyü gün isə növbəti mərhələdə siyasi partiya yaratmaq planının olduğunu açıqlayıb. Sabiq cəbhəçi deyib ki, prezident seçkisində iştirakı həm də nəzərdə tutduğu partiyanı formalaşdırmaq üçün şans və sınaqdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG