Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:57

Aqil Xəlil Sergey Strekalinə bəraət verilməsini istəyir


Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə jurnalist Aqil Xəlilə basqında ittiham edilərək bir il yarım həbs cəzası almış Sergey Strekalinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçiriləcək. Bu barədə «Turan»a Aqil Xəlilin vəkili Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, A.Xəlil apellyasiya şikayətində Sergey Strekalinə bəraət verilməsini istəyib.
Sergey Strekalin isə verdiyi apellyasiya şikayətində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (narkotik əldə edilməsi və saxlanması) maddəsi üzrə bəraət istəyib.
Sergey Strekalin bu il iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə CM-nin 127.1 (qəsdən sağlamlığa az ağır zərər yetirmə) və 234.1 (narkotik əldə etmə və saxlama) maddələri ilə təqsirli bilinərək, bir il yarım müddətinə azadlıqdan məhrum edilib.
Cari il martın 13-də iki nəfər naməlum şəxs küçədə Aqil Xəlilə basqın edib və ona ürək nahiyəsindən bıçaq zərbəsi vurub. Jurnalist ona basqın edənin başqası olduğunu bildirir.
XS
SM
MD
LG