Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:56

Polis çay içən «Dalğa»çıları saxlayıb


«Dalğa» Gənclər Hərəkatının 6 üzvü Bakı bulvarında çay içərkən Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Polisin verdiyi məlumata görə, saxlananların «Dalğa»çı olması onları saxlamaq üçün kifayət edib.
«Dalğa» Gənclər Hərəkatının sədri Vəfa Cəfərova isə deyir ki, gənclər sadəcə çay içib söhbət edirmişlər.
«Dünən də dilənib Gürcüstana yardım yığırdınız. Çay içməyin də bir forması olar. Siz şəhərə elə-belə çıxmazsız ki»,- deyə polis əməkdaşlarından biri söyləyib.
İndilərdə saxlananlar bölmədə izahat yazırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG