Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:58

«Bakı səpələnmiş dominoya oxşayır»


Kamil Vəli Nərimanoğlu hesab edir ki, 60-cı illərin Bakısı daha gözəl idi

Kamil Vəli Nərimanoğlu hesab edir ki, 60-cı illərin Bakısı daha gözəl idi

«Bakıya kənardan baxanda, pərakəndə halda səpələnmiş dominoya oxşayır». «Can Bakı»nın qonağı olan professor Kamil Vəli Nərimanoğlu belə deyir. Onun sözlərinə görə, sanki şəhər mərkəzdən tikilmir:
«Bakıda getdikcə insan yaşayışı çətinləşir, yaşıllıq vəhşicəsinə məhv edilir. İndi Bakı üçün bir ağac bir binadan çox qiymətlidir».
Kamil Vəli Nərimanoğlu hesab edir ki, 60-cı illərin Bakısı daha gözəl idi:
«Həmin vaxt şəhərdəki qədim tikililərlə müasir binalar arasında harmoniya vardı. İndi isə bu uyum saxlanılmır».
Professor bildirir ki, Bakının saxlanması üçün əhali böyük önəm daşıyır:
«Hələ gec deyil. Birlikdə şəhərdə gedən nizamsız tikintilərə, dağıntılara, ağacların kəsilməsinə «dur» demək zamanı çatıb».
Həbsdə olan jurnalistlərlə bağlı fikir bildirən Nərimanoğlu deyir ki, azad fikrə görə insanı, qələm sahibini zindana atmaq olmaz.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG