Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:33

Azərbaycan üçüncü medalını qazandı


Rövşən Bayramov
Rövşən Bayramov
Pekin Olimpiya Oyunlarında Yunan-Roma güləşi üzrə yarışa başlayan iki Azərbaycan idmançısı gümüş medal alıb.

Güləşçilər Vitali Rəhimov (60 kq) Armen Nazaryanı, Rövşən Bayramov (55 kq) isə Roman Amoyanı məğlub edərək finala vəsiqə qazanıblar.
Vitali Rəhimov finalda rusiyalı İslambek Albiyevə məğlub olub, gümüş medal alıb.

Rövşən Bayramov da finalda rusiyalı Nazir Mankiyevə yenilib, gümüş medalla kifayətlənib.

1987-ci il təvəllüdlü Rövşən Bayramov Yunan-Roma güləşi üzrə 55 kq. çəki dərəcəsində çıxış edir. O, gənclər arasında dünya birinciliyinin qalibi olub. Məşqçisi İlham Vəzirov və Hicran Şərifovdur.

Vitali Rəhimov 1984-cü ildə anadan olub, 60 kq. çəki dərəcəsində çıxış edir. O, Avropa çempionu olub, məşqçisi Vaqif Feyzullayevdir.

Beləliklə, Olimpiya Oyunlarına qatılan Azərbaycanın aktivində artıq bir qızıl, iki gümüş medal var. Qızıl medalı cüdoçu Elnur Məmmədli qazanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG