Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:16
Rusiya prezidenti Dmitri Medvedev «Gürcüstanı sülhə vadaretmə» əməliyyatlarının başa çatdığı haqda qərar qəbul edib.

«Mən Gürcüstan hökumətini sülhə vadar etmək üçün aparılan əməliyyatları bitirməyi qərara almışam. Məqsədə nail olunub»-, deyə Medvedev Müdafiə naziri Anatoli Serdyukov və Baş Qərargah rəisi Nikolay Makarovla işgüzar görüşdə bildirib.

«Bizim sülhməramlı qüvvələrin və mülki əhalinin təhlükəsizliyi bərpa olunub. Təcavüzkar cəzalandırılıb və çoxlu itki verib. Onun silahlı qüvvələrinin nizamı pozulub»-, deyə Rusiya prezidenti bəyan edib.

Bundan başqa, Rusiya prezidenti Müdafiə Nazirliyi və Baş Qərargaha tapşırıb ki, Gürcüstan tərəfdən yeni təcavüz olarsa, «təcavüzkarı məhv etmək üçün qərarlar qəbul etsin».

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bəyan edib ki, Moskva heç vaxt Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili ilə danışıqlar aparmayacaq.

«Düşünmürəm ki, Rusiyanın nəinki danışıqlar aparmaq, hətta cənab Saakaşvili ilə danışmağa həvəsi olsun».

Bunu Lavrov avqustun 12-də ATƏT-in hazırkı sədri, Finlandiyanın Xarici İşlər naziri Aleksandr Stubbla görüşün nəticələrinə dair mətbuat konfransında deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG