Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

«Ümumi boykot qərarı öz təsirini göstərəcək»


«İctimai maraqlar baxımından belə bir şəraitdə seçkiyə qatılmaq mənfi nəticə verə bilərdi»
«İctimai maraqlar baxımından belə bir şəraitdə seçkiyə qatılmaq mənfi nəticə verə bilərdi»
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti Eldar Namazov da əksər aparıcı müxalifət partiyaları kimi seçkidə iştirak etməmək barədə qərar verdi. Əslində real müxalifət qüvvələrinin seçkini boykot etməsi qarşıdan gələn prezident seçkisinin nəticələrini indidən şübhə altına almağa əsas verir». Bunu «Azadlıq» qəzeti yazıb.
«Mən boykot yolu tutan adamların mövqelərini anlayırdım ki, ölkədə demokratik şərait yoxdur, jurnalistlər həbdədir, siyasi məhbuslar azad olunmur, Seçki Məcəlləsi daha mürtəceləşdirilib». Qəzetə müsahibəsində Eldar Namazov belə deyib.
«İctimai maraqlar baxımından belə bir şəraitdə seçkiyə qatılmaq mənfi nəticə verə bilərdi»-, deyə E.Namazov bildirib.
«Müxalifət rəhbərləri narahatdırlar»-, bu barədə «Yeni Azərbaycan» yazıb. Qəzet iddia edir ki, «partiya üzvləri Əli Kərimliyə və İsa Qəmbərə qarşı çıxır». «Hər bir halda müxalifət növbəti dəfə öz daxilini cəmiyyətə nümayiş etdirdi. Dildə demokratiya deyən, əmələ gəldikdə isə heç bir prinsip və normaya əməl etməyən düşərgədə bütün addımlar yalnız şəxsi konteksdə atılır. Bu, bir daha sübuta yetdi…»-, «Yeni Azərbaycan» belə yazır.
«Yeni Müsavat» yazır ki, «bir müddət səngiyən su problemi yenidən qabarıb. Belə ki, dünəndən başlayaraq Sumqayıt şəhəri növbəti dəfə susuz qalıb. Bu gündən isə paytaxtın analoji problemlə üzləşəcəyi bildirilir. Konkret olaraq Suraxanı və Sabunçu rayonlarına su təchizatı məhdudlaşdırılacaq».
Qəzetə münasibət bildirən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov «Azərsu»nun gördüyü yarıtmaz işin göz qabağında olduğunu dedi: «Əhaliyə bulanıq su verirlər, kanalizasiya suları evləri basır, ictimai şəkildə üzr belə istəmirlər. Çirkli sular üçün simvolik olaraq endirmələr etmirlər. Ümumiyyətlə, Azərbaycan hökuməti kommunal xidmətlər sahəsində çox ciddi dəyişikliklər aparmalıdır».

Ötən həftədən «8-ci km bazarı»nda rəhbərlik və ticarətçilər arasında yaranan konflikt ikincilərin ziyanına başa çatıb. «Bizim Yol» yazır ki, bazar rəhbərliyi 4 gün ticarətçilərin elektrikini kəsib. Ticarətçilərdən tələb edib ki, «yanğından sonra bərpa olunmuş əraziyə qoyulan jalüzün pulunu versinlər. Ticarətçilər isə bu pulun ödənilməsi üçün möhlət istəyirdilər. Nəhayət, ötən gün bazar rəhbərliyi niyyətinə çatıb: jalüzün dəyərinin bir hissəsini alıb satıcılarla razılığa gəlinib ki, növbəti həftədə pul tam ödənilsin. Bunun qarşılığında satıcıların işıqları dövrəyə qoşulub. Satıcıların sözlərinə görə, işıqsız qaldıqları ötən müddətdə alver üçün şərait olmadığından onlara əsaslı dərəcədə ziyan dəyib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG