Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Dik Çeyni: «Gürcüstana təcavüz cavabsız qalmamalıdır»


Rusiyanın Müdafiə Nazirliyi Gürcüstanın daha bir separatçı bölgəsi olan Abxaziyadakı hərbi hissələrinin Gürcüstanı doğru irəli çəkildiyini təsdiqləyib. Rusiya bunu Gürcüstanın Cənubi Osetiyaya növbəti hücum təhlükəsini önləmək istəməsilə izah edir. Bundan əvvəl Tbilisi bildirmişdi ki, Rusiya Abxaziya istiqamətindən də Gürcüstana hücum edir.

Rusiyanın Baş naziri, keçmiş prezident Vladimir Putin kəskin ifadələrlə Amerikanı Gürcüstana yardım göstərməkdə ittiham edib. Putin buna misal kimi İraqda qulluq edən gürcü sülhməramlılarının Gürcüstana qayıtmasında Amerika tərəfinin göstərdiyi köməyi göstərib:

«Təəssüf ki, bəzi tərəfdaşlarımız bizə kömək etmirlər, hətta, mane olmağa çalışırlar. O cümlədən, Amerika özünün hərbi təyyarələri ilə Gürcüstan hərbçilərini faktiki olaraq konflikt zonasına gətirib».

Avqustun 11-də Amerika prezidenti Corc Buş da Rusiyanı Gürcüstana qarşı hərbi təcavüzdə ittiham edib. Vitse-prezident Dik Çeyni isə bildirib ki, Rusiyanın Gürcüstana təcavüzü cavabsız qalmamalıdır.
XS
SM
MD
LG