Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:49

«Tarixi-Nadir»i yarıya qədər oxumuşam…»


«Tarixi-Nadir» kitabının 157 yaşı var. 140 səhifədən ibarətdir»
«Tarixi-Nadir» kitabının 157 yaşı var. 140 səhifədən ibarətdir»
«Mənim özüm «Tarixi-Nadir» kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?»
«O olmasın, bu olsun» filmində eşitdiyimiz bu məşhur kəlməni yəqin ki, əzbər bilməyən yoxdur. Belə deyirlər ki, həmin kitab cəmi bir neçə səhifədən ibarət imiş. Ona görə də Məşədi İbadın bu balaca kitabın yarısını oxuması haqda dedikləri belə gülüş doğururdu.

Lakin «Tarixi-Nadir» kitabı 3-4 yox, 140 səhifədən ibarət imiş. Bunu Masallının dini xadimi Məşədi Həmid deyir. Rayonun Ərkivan kəndində Göllücümə məscidinin axundu iddia edir ki, yaşlı kənd sakinlərinin evindən tapdığı bu kitab elə məşhur «Tarixi-Nadir»di:

«Tarixi-Nadir» kitabıdır. Adı elə o cür də gedir. Yəni Nadir şahın tarixi».

Axundun dediyinə görə, kitab hicri qəməri tarixi ilə 1272-ci ildə yazılıb və çap edilib:
«Kitabın 157 yaşı var. 140 səhifədən ibarətdir»

Bu kitabda nə yazılıb? Məşədi Həmid deyir ki, kitab Nadir şahın həyatına həsr edilib. Məşədi İbaddan fərqli olaraq Məşədi Həmdi bu kitabı başdan-ayağa oxuyub. Aydınlaşdırıb ki, hazırda tarix dərslərimizdə Nadir şahla bağlı tədris edilən faktlarla bu kitabda nəql edilənlər arasında elə də ciddi fərq yoxdur. Fərq yalnız bəzi hadisələrin baş vermə tarixləri ilə əlaqədardır. Lakin axundun bu kitabın harada və hansı ölkədə çap edilməsi haqqında təsəvvürü yoxdur.

Məşədi Həmid bizimlə görüşündə əldə etdiyi digər bir sıra qədim kitabları da nümayiş etdirdi. Onlardan biri 200 illik tarixi olan bir nağıl kitabı idi. Digərində isə «Qədirxum günü» haqqında məlumat verilir və bu hadisə təsvir edilir. Axundun sözlərinə görə, Ərkivan sakinlərində bu cür qədim kitablar çoxdur:

«Kitablar çoxdur, evlərdə qalıb, kiminsə evində gizlədilib. Oxumurlar, mən də axtarmışam kimdə varsa, almışam».

Elmə məlum olduğuna görə, Nadir şahın həyat və fəaliyyətinə aid tarixi əsər olan «Tarixi-Nadir» kitabının müəllifi Mirzə Mehdi xandır. Lakin Məşədi Həmidin əldə etdiyi «Tarixi-Nadir» kitabının orijinalında bu barədə hansısa qeyd yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG