Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50

Sərhədə yüzlərlə insan toplaşıb


Nazirlik rəsmisi bildirir ki, Gürcüstandan bir sıra Azərbaycan vətəndaşları artıq geri dönə biliblər

Nazirlik rəsmisi bildirir ki, Gürcüstandan bir sıra Azərbaycan vətəndaşları artıq geri dönə biliblər

Azərbaycan və Gürcüstan sərhədində yüzlərlə xaricilər və Azərbaycan vətəndaşları toplaşıb. Bu barədə avqustun 11-də Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahim bildirib.
«Xaricilər öz vətənlərinə gedirlər, Azərbaycan da onlara özünün qanunları çərçivəsində yardım göstərir. Bu işlər həm yerli strukturlar, həm də Bakıdakı dövlət qurumları arasında əlaqəli görülür».

Nazirlik rəsmisi bildirir ki, bir sıra Azərbaycan vətəndaşları artıq geri dönə biliblər, Azərbaycan ərazisindən getmək istəyən xarici vətəndaşlar üçün yüngülləşdirici şərait yaradılıb.

Xəzər İbrahim bir daha bəyan edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyün dəstəkləyir, regionda sülhün bərqərar olmasının tərəfdarıdır.

Avqustun 7-də Gürcü-osetin münaqişə xəttində silahlı qarşıdurma başlayıb. Rusiya hərbi texnikası Gürcüstanın bir sıra şəhərlərini bombalayıb. Çoxlu sayda ölənlər və yaralananlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG