Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:02

Tbilisi-Bakı marşrutu üzrə reyslər ləğv olunub


Eldar Hacıyev demişdi ki, Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar Bakıdan Tbilisə uçan sərnişinlərin sayında ciddi şəkildə azalma müşahidə olunsa da, əks marşrut üzrə uçmaq istəyənlərin sayı artıb
Eldar Hacıyev demişdi ki, Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar Bakıdan Tbilisə uçan sərnişinlərin sayında ciddi şəkildə azalma müşahidə olunsa da, əks marşrut üzrə uçmaq istəyənlərin sayı artıb
Tbilisi-Bakı marşrutu üzrə təyyarə reysləri ləğv olunub. Bakı aeroportunun məlumat bürosundan «Azadlıq» radiosuna belə deyilib. Məlumat bürosundan addımın səbəblərini açıqlamayıblar.
Avqustun 9-da isə «AZAL» Dövlət Konserninin vitse-prezidenti Eldar Hacıyev ANS-ə verdiyi açıqlamada Gürcüstanda «Azərbaycan Hava Yolları»na məxsus təyyarələr üçün təhlükə yaranarsa, uçuşların dayandırılacağını bildirmişdi. Eldar Hacıyev demişdi ki, Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar Bakıdan Tbilisə uçan sərnişinlərin sayında ciddi şəkildə azalma müşahidə olunsa da, əks marşrut üzrə uçmaq istəyənlərin sayı artıb.
Gürcü rəsmilərinin sözlərinə görə, Rusiya təyyarələri Tbilisi beynəlxalq aeroportunun yaxınlığında hərbi hava bazasını bombardman edib.
Avqustun 8-dən etibarən Gürcüstanla Azərbaycan arasındakı sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir. Bunu isə «Azadlıq» radiosuna Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən bildiriblər.
APA-nın Balakəndəki müxbiri isə xəbər verir ki, iki ölkə arasındakı sərhəddə Gürcüstan vətəndaşı olan minlərlə şəxs toplanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG