Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:51

Corc Buş: «Rusiya bombardmanları dayandırmalıdır»


Buş deyib ki, «o, Gürcüstandakı vəziyyətdən dərin narahatdır»

Buş deyib ki, «o, Gürcüstandakı vəziyyətdən dərin narahatdır»

Avqustun 9-da Rusiya və ABŞ prezidentləri telefon söhbətində Cənubi Osetiyadakı vəziyyəti müzakirə ediblər.

Kremlin mətbuat xidmətinin məlumatına əsasən, D. Medvedev C. Buşa Rusiyanın mövqeyini çatdırıb. Rusiya prezidenti deyib ki, Gürcüstan dinc sakinlərə və Rusiya sülhməramlılarına qarşı aqressiv aksiya həyata keçirib, nəticədə mindən çox adam ölüb, on minlərlə insan qaçqın düşüb.

Medvedev deyib ki, böhrandan yeganə çıxış yolu gürcü qoşunlarının münaqişə zonasından çıxarılması və sülh danışıqlarına qayıdışdır.

ABŞ prezidenti öz növbəsində, vəziyyətdən ciddi narahatlıq bildirib. C. Buş Rusiyanı Gürcüstanı bombardman etməyi dayandırmağa və sülhün bərpası istiqamətində səyləri dəstəkləməyə çağırıb.

***

Pekində olan ABŞ prezidenti Corc Buş Cənubi Osetiya münaqişəsinə dair xüsusi bəyanat verib.

Buş deyib ki, «o, Gürcüstandakı vəziyyətdən dərin narahatdır».

ABŞ prezidenti hesab edir ki, hərbi əməliyyatların Cənubi Osetiyadan kənara yayılması münaqişənin qızışmasına işarədir: «Rusiya Cənubi Osetiyadan uzaqda olan regionları bombalayır».

ABŞ prezidenti Rusiyanı Gürcüstanın ərazi bölüvlüyünə hörmət etməyə və bombardmanları dayandırmağa çağırıb. Buşun fikrincə, Rusiya və Gürcüstan münaqişənin həllində beynəlxalq vasitəçilərin köməyindən istifadə etməlidir.

Bundan az əvvəl ABŞ prezidentinin Mixail Saakaşvili ilə telefon söhbəti olub. Bu barədə jurnalistlərə Gürcüstan lideri xəbər verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG